Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Qaynar.info-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı bildirilib.
Eyni səbəblərə görə, bu gün saat 11:00-dan Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) də yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Qaynar.info
Şərhlər