Xəbər lenti

Ekonomiks 14:18 03.11.2014

Bakıda ləzzətin yeni ünvanı: "Tuado" - FOTOLAR


“AAAF Park Yaşayış Kompleksi”ndə sakin və qonaqlar üçün daha bir restoran istifadəyə verilib. Qaynar.info-nun verdiyi xəbərə görə, “Tuado” restoranının rəsmi açılış mərasimində 50-dən çox qonaq iştirak edib. Ləzzətinə şahidlik etməsi üçün qonaqlara çeşidli təamlar təqdim olunub.

“Tuado” restoranında siz Azərbaycan, rus və Avropa mətbəxinin ən ləziz yeməklərini dada, yüksək səviyyəli xidmətdən yararlana bilərsiniz. Canlı musiqi müşayiəti ilə təmin olunacaq bu məkan həftənin bütün günlərində səhərdən gecəyə qədər işləyəcək. Peşəkar aşpazların böyük həssaslıqla hazırladığı yeməklər həm cibinizə uyğun olacaq, həm də keyfiyyətindən razı qalacaqsınız.

Restoran həmçinin kiçik banket tədbirlərinin təşkili üçün ideal yerdir. Sifarişlərinizi əvvəlcədən verdiyiniz zaman sizə özəl banket hazırlanacaqdır.

Hamınızı yeni ləzzətin ünvanı olan “Tuado” restoranına dəvət edirik!

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?