Bir neçə dəqiqə bundan əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığında marşrut avtobusu od tutub.
"Qaynarinfo"nun teleqraf.com-a istinadən məlumatına görə, qəfildən alışan avtobusu sərnişinlərin vaxtında tərk etməsi bədbəxt hadisələrin qarşısını alıb.
Avtobusun 38 saylı xətt üzrə hərəkət etdiyi bildirilir.
FHN-nin yanğınsöndürənləri dərhal hadisə yerinə gəlib və yanğının qarşısını vaxtında almaq mümkün olub.
Qaynarinfo.Az
Şərhlər