Xəbər lenti

Bakıda toydan çıxan rəqqasə qəzaya düşdü: Xəsarət alan var (FOTO)
Foto 09:41 28.04.2024

Bakıda toydan çıxan rəqqasə qəzaya düşdü: Xəsarət alan var (FOTO)

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Yol-nəqliyyatı hadisəsi Babək prospektində qeydə alınıb.

Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq "KIA” markalı avtomobilinə əyləşib.

Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn "KIA” markalı maşın çırpılıb.

Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb.

Qəza törədən sürücü xəsarət alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.//Apa

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->