Xəbər lenti

Yerdə son 20 ilin ən güclü maqnit qasırğası başlayıb
Dünya 08:56 11.05.2024

Yerdə son 20 ilin ən güclü maqnit qasırğası başlayıb

Yerdə ən yüksək sayıla biləcək (G4) maqnit qasırğası başlayıb. Bu cür təbiət hadisəsi son dəfə 20 il əvəvəl müşahidə olunub. 

Kosmiki Proqnozlar Mərkəzinin alimləri (SWPC) buna səbəb kimi Günəşdə bir neçə enerji atımını göstərirlər. Güclü maqnit qasırğasının həftəsonu davam edəcəyi gözlənilir.

Maqnit qasırğası mayın 10-u gecədən başlayıb və istirahət günləri davam edəcək. Alimlər Günəşdə ən azı yeddi partlayış qeydə alıblar. Günəşdə həmçinin Yerin diametrindən 16 dəfə böyük olan ləkə də yaranıb. Gələcəkdə bu ləkənin də əlavə aktivliyə səbəb olacağı deyilir.

SWPC mütəxəssisləri buna bənzər təbiət hadisəsini 2003-cü ildə müşahidə etdiklərini deyirlər. Alimlər prosesin bu günlər ərzində naviqasiya, enerji sistemlərinin işində problem yaranacağını, həmçinin quşlar və heyvanlarının miqrasasiyasına mənfi təsir edə biləcəyini bildirirlər.

İnsanlara gəldikdə isə alimlər meteohəssas insanların çoxlu istirahət etməsi, stressdən uzaq durması və həddindən artıq fiziki yüklənmələrinə yol verməməyə çağırır.  /BAKU.WS 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->