Video 14:35 19.04.2018

Bakıda yanğın: Uşaqlar təxliyə edildi - Son dəqiqə

Bu dəqiqələrdə Bakının Hüseyn Cavid prospektində ev yanır.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, yanğın Hüseyn Cavid 168 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbinsə qeydə alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Mənzildən 3 azyaşlı təxliyə edilib.

Hazırda hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri təhlükənin qarşısını almağa çalışırlar.