Xəbər lenti

Bəzi NATO ölkələri müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmaq istəyir
Dünya 18:45 01.05.2024

Bəzi NATO ölkələri müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmaq istəyir

Bəzi avropalı NATO üzvləri müdafiə xərclərinin hazırkı ÜDM-in 2%-dən 3%-ə çatdırılmasına çağırır.

Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının müdafiə sənayesi üzrə baş direktoru Timo Pesonen deyib

"NATO müttəfiqləri büdcələrini ÜDM-in ən azı 2%-nə qədər artırdıqda, bəziləri artıq 3%-dən danışırlar”, - avropalı məmur bildirib.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi uzandıqca xərcləri artırmaq üçün təzyiqlər artır.

"İnsanlar müharibənin nə qədər davam edəcəyi ilə bağlı fərziyyələr irəli sürürlər, bu, mənim fikrimcə, faydasız fərziyyədir, çünki təhlükə qalacaq", - Pesonen bildirib.

O, bunu NATO-nun baş katibi Yens Stoltenberqin NATO üzvlərinin 2014-cü ildə müdafiə xərclərinin ÜDM-in 2%-i olan məcburi məbləğdən "kənara çıxmalıdırlar” deməsindən bir neçə gün sonra bildirib. 

Hazırda Polşa və Yunanıstan ÜDM-in 3%-dən çoxunu müdafiəyə xərcləyən yeganə Aİ ölkələridir.  

Aprelin 4-də Polşa prezidenti Anjey Duda NATO-ya üzv ölkələrin liderlərinə müdafiə xərclərinin ÜDM-in 2%-dən 3%-ə qədər artırılmasını təklif etdiyi məktubu təqdim edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->