Ölkə 18:00 28.03.2024

"Boranı"da qadının pul kisəsini oğurladı, 23 günlük həbs olundu

Səbail rayonu, Fəvvarələr meydanın (Tarqovu) yaxınlığında yerləşən "Boranı" restoranında müştərinin pul kisəsi oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı Jalə Bayramovanın içərisində 420 manat olan pul kisəsini 1979-cu il təvəllüdlü Binəqədi rayon sakini Səxavət Həsənovun (ad-soyad şərti) oğurladığı müəyyənləşib. 

Səxavət Həsənov saxlanılıb və ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə pratokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 

Məhkəmədə Səxavət Həsənov Fəvvarələr meydanın yaxınılığında yerləşən kitabxanın yanından keçərkən yerdə pul kisəsinin olduğunu götürdüyünü deyib. Jalə Bayramova isə onu təkzib edərək bildirib ki, həmin şəxsin qeyd etdiyi yerdən keçməyib. Ehtimal edib ki, pul kisəsini restoranda onun cibindən oğurlayıb. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs nzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və 23 gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilib. 

Əhməd