Xəbər lenti

Video 23:15 18.03.2024

Cənub bölgəsində balığın qiyməti bahalaşdı (VİDEO)

Növbənöv balıqlar piştaxtaları bəzəyir... Məhsul bol, alıcı çox, qiymət də yüksək...

Cənub bölgəsində bayram süfrəsinin əsas nemətlərindən olan balığın qiyməti artıb.

Alıcılar deyir ki, mart ayının ilk günlərindən qiymətlərdə artım müşahidə olunur.

Satıcılar isə bildirir ki, qiymətlər balığın çeşidlərinə görə dəyişir.

Piştaxtalarda kiloqramı 2 manatdan 30 manata qədər balıq var. Əsasən çərşənbənin rəmzinə çevrilmiş kütüm balığının qiymətində artım var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?