Xəbər lenti

Daha bir Superliqa klubunun futbolçusu İsrailə dəstək göstərdi
İdman 12:00 15.01.2024

Daha bir Superliqa klubunun futbolçusu İsrailə dəstək göstərdi

"Antalyaspor"un Saqiv Jehezkeli İsrailə dəstəyinə görə qovmasından sonra "Başakşehir"də çıxış edən Eden Karzev həmyerlisinə dəstəyini göstərib.

Qaynarinfo-nun məlumatına görə, "Trabzonspor"la matçda biləyindəki yazı ilə İsrail - Qəzza müharibəsinə işarə olmaqla ölkəsinə dəstəyini nümayiş etdirən Jehezkelin ardından Karzev də bənzər addım atıb.  O da '100 gün' sözlərini ehtiva edən bir yazıdan sitat gətirərək sosial media hesabında paylaşaraq İsrailin Qəzzaya hücumlarını dəstəkləyib. X sosial şəbəkəsində gündəm olan həmin paylaşımdan sonra "Başakşehşehir"in hansı addım atıb-atmayacağı maraq doğurur. 

Jehezkel, "Trabzonspor"a vurduğu qoldan sonra qolbağının üzərindəki "7 Oktyabr və 100 gün" yazısı ilə İsrailin Qəzzaya hücumlarına dəstək vermişdi. Qolbağında ulduz simvolu da olan israilli ilə bağlı istintaq başladılmış və klubu ilə müqaviləsinə xitam verilmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->