Foto 15:20 22.11.2017

Diktatorun istefası belə qeyd olunur (FOTOLAR)

Zimbabvedə 37 illik hakimiyyətindən əl çəkən 93 yaşlı prezident Robert Muqabenin istefası ölkədə şənliklərlə qeyd olunur.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, köməkçisi Emmerson Mnanqaqvanı vəzifəsindən kənarlaşdırandan və həyat yoldaşı Qreys Muqabeni xələfi elan edəndən sonra ordunun etirazı ilə qarşılanan Muqabe uzun müzakirələrdən sonra istefa verməyə razılaşdı. Bu qərar ölkə əhalisi tərəfindən sevinclə qarşılanıb. Paytaxt Harare olmaqla Zimbabvenin bir çox ərazisində insanlar küçəyə çıxaraq diktatorun gedişini qeyd ediblər.

Prezidentin sabiq köməkçisi Mnanqaqva isə Zimbabvenin yeni prezidenti elan ediləcək.

Gülşən