Xəbər lenti

Foto 14:45 27.12.2017

DİN-in itkin düşən polis leytinantı tanınmış teleaparıcının qardaşıdır (FOTOLAR)

Xəbər verdiyimiz kimi, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.
 
Qaynarinfo azxeber.com-a istinadən xəbər verir ki, itkin düşən alpinistlərdən biri Hüseynov Babur Vaqif oğlu tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun qardaşıdır. 
 
Teleaparıcı özü bu haqda sosial şəbəkələrdə yazıb: "Qardaşım üçün etdiyiniz dualara görə, təşəkkür edirəm. Onu qucaqladığım anı canlı yayım edəcəm, özü də sizə təşəkkür edəcək. Ölməyəcək, mənim birdənəm, sağ qayıdacaq."
 
Məlumata görə Babur "Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->