Foto 18:09 16.11.2017

Yer kürəsi necə yaranıb? (İDDİA)

Dünyanın necə yaranması ilə bağlı yeni iddialar irəli sürülüb.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, Yerin 750 milyon il öncə yarandığı yarandığı ehtimal edilir.

ABŞ-ın Corc Meyson Universitetinin astrofiziki Xialoy Zanq milyardlarla il öncə qalaktikada mövcud olan Radinya superqitəsinin Yerin mənşəyi bilinməyən bir göy cismi ilə toqquşmasından sonra bölündüyünü ehtimal etdiklərini açıqlayıb.

Zərbənin ABŞ-ın qərbindəki Kolorado səhrası tərəfə dəydiyini bildirən Zanq, bunu səhranın 337 min kilometrlik ərazini əhatə etməsi ilə əlaqələndirib və Dünya ilə toqquşan göy cisminin Mars böyüklüyündə olduğunu təxmin etdiklərini bildirib.

O, bu fəlakətin Günəş sisteminin Süd yolunun qollarından birinin içərisindən keçdiyi üçün baş verdiyini iddia edib. Astrofizikin irəli sürdüyü iddiaya görə, Günəş sistemi həmin qolun içərisindən keçərkən yad bir göy cismi qalaktikamıza aid planetlərin arasına girmiş ola bilər ki, toqquşma da həmin an meydana gəlib.


Qaynarinfo.Az