Foto 20:53 10.12.2017

Dünyanın ən gənc qadın kraliçası (FOTOLAR)

Cənubi Asiyanın 800 min nəfərdən ibarət ölkəsi Butanın kralı Ciqme Kesar Namqmal Vanqçukun həyat yoldaşı Cetsun Pema dünyanın ən gənc kraliçası statusuna sahibdir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2011-ci ildə kralla evlənən Cetsun Pemanın hazırda 27 yaşı var. 1,5 yaşında oğlu olan kraliça həm öz ölkəsində, həm də qərb ölkələrində rəğbətlə qarşılanır. Təhsillərini İngiltərədə almış kral və kraliça "Əjdaha ölkəsi" kimi tanınan Butanda olduqca sadə həyat tərzi yaşayırlar. Kral Vanqçuk müsahibəsində bildirir ki, 17 yaşı olan zaman ondan 10 yaş kiçik Cetsunu parkda görüb və ona hörmətlə baxan gələcək kraliçanın başını sığallayıb. 

7 dil və yerli ləhçələri bilən Cetsun Pema İngiltərədə beynəlxalq əlaqələr, psixologiya və mədəniyyət tarixi fakültələrində təhsil alıb. Milli geyimlərdən istifadə edən gənc kraliça xeyriyyə işləri ilə yaxından məşğul olur. Ötən il İngiltərə şahzadəsi Vilyam və həyat yoldaşı Keyt Midltonu qonaq qəbul edən kral və kraliça İngiltərə kral ailəsinin böyük sevgisini qazanıb. 

Kral Vanqçuk müsahibələrində bildirir ki, yaş fərqi səbəbinə görə kraliçanı evlənmək üçün bir müddət gözləməli oldum, amma doğru həyat yoldaşını tapdığıma əminəm, o çox yaxşı insan və anadır, həmçinin xalqını çox sevir.

Gülşən