Xəbər lenti

Maqazin 11:57 13.09.2014

Dünyanın ən məşhur cütlüyündən qeyri-adi evlilik müqaviləsi

Bred Pitt Ancelina Colini aldadarsa 425 milyon dollar təzminat ödəyəcək

İki həftə öncə kiçik bir mərasimlə evlənən Ancelina Coli və Bred Pitt cütlüyü evlilik müqaviləsi imzalayıb.

ANS PRESS-in məlumatına görə, 39 yaşlı aktrisanın müqavilə hazırlandığı zaman öz vəkilinə, Pittin onu aldatma ehtimalına qarşı xüsusi bir maddə əlavə etdirərək, 425 milyon dollar təzminat istədiyi deyib.

Üçü övladlıq olmaqla 6 uşağı olan cütlüyün münasibəti başladıqda, Bred Pitt 10 illik həyat yoldaşı Cennifer Anistonu Coli ilə aldatmışdı.

Evlilik müqaviləsinin uşaqları üçündə ən məntiqli qərar olduğunu düşünən cütlük, evlilik tarixlərindən etibarən qazandıqlarını eyni fonda qoyurlar. Öldükdən sonra da pulun 6 eyni hissələrə bölünməsini vəsiyyət ediblər.

Xatırladaq ki, məhşur aktrisa Ancelina Coli 2013- cü ildə xərçəng olma riskini sıfıra endirmək məqsədilə sinələrini kəsdirmişdi.


Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?