Video 17:34 22.11.2017

Dövlət qurumları bu tarixi binaya sahib çıxmır (VİDEO)

"Lider TV"-nin əməkdaşları tarixdən silinmək üzrə olan tarixi abidə haqqında süjet hazırlayıb.

Qaynarinfo-nun məlumatına görə, süjetdə bildirilir ki, XIX əsrə aid olan bu bina tamamilə baxımsız vəziyyətdə qalıb.

Xəstəxana olaraq fəaliyyət göstərən binanın Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğu deyilsə də, nazirlikdən binanın onlara aid olmadığı və şəxsi mülk sayıldığından dövlət tərəfindən belə binaların bərpasına vəsait ayrılmadığı bildirilib. Araşdırma nəticəsində isə binanın Səhiyyə Nazirliyininə aid olduğu ortaya çıxıb.