Xəbər lenti

Dünya 11:11 07.06.2018

Ədən körfəzində faciə: 46 nəfər batdı

Birləşmiş Millətlər Təşkilatı Miqrasiya Agentliyi 46 nəfərin Ədən körfəzində batdığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, qəza Yəmən və digər varlı ərəb ölkələrinə getmək istəyən afrikalı miqrantların olduğu qayıqda baş verib.
 
Ölənlərin 9-u qadındır. 46 nəfərdən 16-sının meyitini tapmaq mümkün olmayıb. Onların əksəriyyəti efiopiyalıdır. 

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?