Xəbər lenti

Edinson Kavaninin yeni klubu müəyyənləşdi (FOTOLAR)
İdman 10:55 01.08.2023

Edinson Kavaninin yeni klubu müəyyənləşdi (FOTOLAR)

"Valensiya"dan ayrılan Edinson Kavanini heyətinə qatan "Boka Xuniors" onu azarkeşlərə təqdim edib.

Qaynarinfo-nun məlumatına görə, transfer rəsmiləşdikdən sonra Argentinanın paytaxtı Buenos-Ayresdəki "La Bombonera” stadionunda "Boka Xuniors” futbolçunu ictimaiyyətə təqdim edib.

"Valensiya" ilə müqaviləsinə xitam verən Kavani Argentina klubu ilə birillik müqavilə imzalayıb. Veteran hücumçu "Boka Xuniors"da 10 nömrəli formanı geyinəcək. 

Peşəkar futbolçu karyerasına "Danubio”da başlayan Edinson daha sonra "Palermo”, "Napoli”, PSJ və "Mançester Yunayted”də çıxış edib. 

36 yaşlı ulduz 643 oyunda 367 qola 74 məhsuldar ötürməyə imza atıb. O, karyerası ərzində ümumilikdə 25 kubok qazanıb.
 


 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->