“Atam 6-7 il olardı ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sadəcə, bunu heç kəsə deməməyi məsləhət etmişdi. Son 2 ayda isə vəziyyəti pisləşmişdi. Yarım saat olar ki, dünyasını dəyişib”.
"Qaynarinfo" xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında mərhum Almurad Əliyevin oğlu Hürü Əliyev deyib.
Onun sözlərinə görə, atası Bakıda dəfn olunacaq: “Atam Bakıda dəfn olunacaq. Güman ki, Yasamal qəbiristanlığında dəfn edəcəyik. Yuxarı daiərələrdən hələ ki, heç kim zəng edib başsağlığı verməyib. Bir azdan yəqin edərlər”..
Qaynarinfo.Az
Şərhlər