Xəbər lenti

Siyasət 16:17 29.05.2013

Eldar Namazov haqqında yayılanları təkzib etdi (AÇIQLAMA)

“Burada hansısa sensasiya axtarmaq, xarici siyasətlə bağlı iştirakçıları qarşı-qarşı qoymaq olmaz”

“Milli Şura ilə bağlı çoxsaylı yanlış informasiyalar gedir. Mən buna təbii baxıram. Ona görə ki, danışıqlar qapalı keçirilirdi. Yüzdən artıq siyasi lider, ictimai qurumların rəhbərləri, ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələri, media kapitanları, hüquq müdafiəçiləri danışıqlarda iştirak edirdi. Bu danışıqları aparmaq, müxtəlif fikirləri uzlaşdırmaq üçün xeyli işlər görülməli idi. Bu işlər görüldü və Milli Şura elan olundu. Bu münasibətlə də hamını təbrik edirəm”.

Bunu Qaynar.info-ya “El” hərəkatının sədri Eldar Namazov Milli Şura ətrafında yaranan qalmaqaldan danışarkən deyib. Onun sözlərinə görə, Milli Şura ilə bağlı müəyyən şayiələr yayılıb: “Gedən proseslərdə jurnalist dostlarımızı kənarda saxlamalı olduq. Bu yaranan boşluğu da müəyyən şayiələrlə, mülahizələrlə doldurmağa çalışdılar. Ona görə də proses haqqında müəyyən yanlış fikirlər səsləndi. Təbii ki, avrointeqrasiya ilə bağlı məsələdə adımın hallanması həqiqətəuyğun deyil. Onu deyim ki, Eldar Namazov olaraq Azərbaycanın Milli İctimai Avropa İnteqrasiyası Komitəsinin təsisçisiyəm. Bir müddət də həmin qurumun sədri olmuşam. Avropa Şurasının tədbirlərinə ildə 3-4 dəfə qatılıram. Ona görə də bu cür fikir formalaşdırmaq çox gülməlidir ki, guya Eldar Namazov Avrointeqrasiyanın əleyhinədir”.

E.Namazov əlavə edib ki, danışıqlar zamanı bir çox məsələlərə toxunulub: “Milli Şuranın qarşısında duran vəzifə keçid dövrünü əhatə edir. Biz də əsasən keçid dövrünə aid məsələlərə nəzər yetirməliyik,  yoxsa hansısa uzun müddətli məsələləri önə çıxarmalıyıq. Sənəddə Milli Şuranın həm vaxt, həm mandat, həm səlahiyyət baxımından uzaqlaşdırmaq lazım idi. Milli Şuranın əsas məqsədi avtoritarizmdən demokratiyaya keçidi təmin etməkdir. Biz buna nail olsaq, növbədənkənar parlament, prezident seçkiləri keçiriləcək. Bu fəlsəfəyə uyğun olaraq Milli Şuranın sənədlərində keçid dövrünü əhatə edək, yoxsa daha uzağa gedən strateji məqsədləri göstərək?! Bu və ya digər məsələlər ətrafında danışıqlar olmuşdu. Biz də bir konsensusa gəlib vahid sənədi hazırlamışıq. Ona görə də burada hansısa sensasiya axtarmaq, xarici siyasətlə bağlı iştirakçıları qarşı-qarşı qoymaq olmaz”.

İlkin
Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?