12 yaşım olanda həyatıma qəsd etmək istədilər: lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma oradan çıxmağa və sağ qalmağa müvəffəq oldum.
Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov "RU TV” kanalında yayımlanan "Şimal: İnanılmaz hekayələr” (Sever: Nepridumannıye istori) verilişində qonaq olarkən deyib.
Emin atası Araz Ağalarovun nailiyyətlərinə görə illər öncə Rusiyanı tərk etmək məcburiyyətində qaldığını açıqlayıb:
"Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı ABŞ-a göndərdi. Mən daha sonra Rusiyaya qayıtdım. Bacım isə bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”.
Şərhlər