Xəbər lenti

Rəşad Ergün
Ölkə 12:05 17.06.2020

Evdə olanda hakimiyyət, çöldə olanda xalq

Rəşad ERGÜN

Elə ki, evdə olursan, sosial şəbəkəyə girirsən, görürsən ki, xeylax adam hakimiyyəti söyür. 

Çoxu da haqlı söyür ha. 

Çoxunun da söymək üçün əlində daşdan keçən sübutu, faktı, videosu olur. 

Qeyri-ixtiyari sən də onlara qoşulub, söymək istəyirsən.

Elə ki, evdən çıxırsan, bayaq hakimiyyəti söyənlərin avtobuslara maskasız doluşduğunu, işıqforda "qırmızı"da keçdiyini, zibil torbalarını düz ayaqlarının altına fırlatdığını görürsən, bax, onda da hakimiyyəti yaddan çıxarıb, bu xeylaxxxxx adamları söymək istəyirsən.

Sonra bu xeylax adamın az olduğu bir yerə gedib, hakimiyyətin söyüldüyü sosial şəbəkədən uzaqlaşıb, məlul-müşkül düşünməyə başlayırsan. 

Ki, ayə, kimdir günahkar?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->