Xəbər lenti

Texnologiya 21:55 30.08.2018

“Facebook” “YouTube”a rəqib xidmətini daha 4 ölkədə işə saldı

1 il əvvəl ABŞ-da işə salınmış və "YouTube”a rəqib olan "Facebook"un video platforması bütün istifadəçilərə əlçatan olub.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, bu gündən etibarən Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiya vətəndaşları da yeni xidmətdən istifadə etməyə başlayıblar.

Gələn ay isə Argentina, Belçika, Boliviya, Çili, Kolumbiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Salvador, Fransa, Almaniya, Qvatemala, Honduras, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, İsveçə və Tailandda da aktivləşəcək.

İlin sonuna qədər isə bütün ölkələrdə də əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, "Watch” ABŞ-da ötən il avqustun 10-da istifadəyə verilib. 2018-ci ilin əvvəlindən etibarən bu platformada videolara ümumi baxış vaxtı 14 dəfə yüksəlib. Hazırda xidmətin aylıq auditoriyası 50 milyondan çoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->