Xəbər lenti

Foto 18:20 03.12.2018

Fransada aksiyaların miqyası genişlənir (FOTOLAR)

Fransada 17 noyabrdan davam edən etiraz aksiyalarının miqyası genişlənir.

Qaynarinfo xəbər verir ki, özlərini "Sarı jiletlilər" adlandıran etirazçılar yanacaq qiymətlərinin qalxmasına qarşı çıxır. Nümayişçilər prezident Emmanuel Makrondan vergilərin ləğvi və həyat şəraitlərini yaxşılaşdıracaq iqtisadi islahatlar tələb edir. Fransa xalqının 84%-i etirazçılara dəstək verir. 

Qarşıdurmaların yaşandığı aksiyalara bu gün təcili tibbi yardım işçiləri və tələbələr də qoşulub. Paytaxt Paris və digər əraziləri əhatə edən nümayişlər səbəbilə ciddi təhlükəsizlik tədbirləri təşkil edilib.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?