İtaliya yığmasının və "Milan "klubunun forvardı Mario Balotelli hakimi ölümlə hədələyib. Milli.Az sports-a istinadən xəbər verir ki, "Milan" "Napoli"(1:2) matçında 23 yaşlı forvard Mario Balotelli baş hakim Luka Banitiyə deyib: "Mən səni öldürəcəm, sən hər şeyə cavab verəcəksən".
"Super Mario"nun sözləri protokola yazılıb.
Xatırladaq ki, İtaliya çempionatının İntizam Komitəsi Balotelliyə 3 oyunluq cəza vermişdi.
Qaynar.info
Şərhlər