Foto 13:05 18.04.2018

Gəlin 72, bəy 19 yaşında (FOTOLAR)

ABŞ-ın Tennesi ştatında yaşayan Almeyda ErrellQari Hardvik cütlüyü hamının diqqətinə səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 6 nəvə sahibi Almeydanın 72, Qarinin isə 19 yaşı var. Qari həyat yoldaşının ən kiçik nəvəsindən 3 yaş kiçikdir. Aralarındakı böyük yaş fərqi olan cütlük Almeydanın oğlunun dəfn mərasimində tanış olub, daha sonra isə ailə həyatı qurublar.

Yaxınlarına sevgisini sübut edə bilməyən Almeyda qeyri-adi münasibətini heç kimdən gizlətmir. "Instagram" hesabında 49 min izləyicisi olan qadın həyat yoldaşı ilə fotolarını paylaşmaqdan çəkinmir.