ABŞ-ın Tennesi ştatında yaşayan Almeyda Errell və Qari Hardvik cütlüyü hamının diqqətinə səbəb olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 6 nəvə sahibi Almeydanın 72, Qarinin isə 19 yaşı var. Qari həyat yoldaşının ən kiçik nəvəsindən 3 yaş kiçikdir. Aralarındakı böyük yaş fərqi olan cütlük Almeydanın oğlunun dəfn mərasimində tanış olub, daha sonra isə ailə həyatı qurublar.
Yaxınlarına sevgisini sübut edə bilməyən Almeyda qeyri-adi münasibətini heç kimdən gizlətmir. "Instagram" hesabında 49 min izləyicisi olan qadın həyat yoldaşı ilə fotolarını paylaşmaqdan çəkinmir.
Şərhlər