Maqazin 17:25 11.02.2018

Günay Musayeva: "Keçmiş ərim 20 aydır aliment ödəmir"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva boşandığı həyat yoldaşı aktyor Tolqa Kareli məhkəməyə verib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Musayeva Karelin 2012-ci ildə doğulan oğulları Cahangir Can Karel üçün nəzərdə tutulan aylıq 500 türk lirəsi alimenti 20 aydır ödəmədiyini iddia edərək məhkəməyə müraciət edib. 

2015-ci ildə boşanan cütlüyün məhkəməsində bəzi ev əşyaları, 40 min türk lirəsi təzminat və aylıq 500 türk lirəsinin Günay Musayevaya verilməsi barədə qərar çıxarılmışdı. Model daha sonra 500 lirənin yetərli olmadığını bildirərək məbləğin 5 min lirəyə qədər artırılması üçün məhkəməyə müraciət etmişdi. Günay Musayeva 2016-cı ildə amerikalı model Sara Marqaret Skotla evlənən Karel barədə "Amerikalı həyat yoldaşına 20 min dollara brilyant üzük alıb və toyu üçün 90 min dollar xərcləyib. Helikopterlə dəbdəbəli tətilə gedib. Övladımın anadangəlmə nitq qüsuru var. Bu vəziyyətdə təyin edilmiş 500 lirə aliment ədalətsiz və vicdansızdır" deyərək mövqeyini izah etmişdi.

Gülşən