Xəbər lenti

Sənət 11:44 02.07.2018

"Heç nə xəyanət deyil..." - Küçük İskəndərdən şeirlər

Türkiyə türklərinin məşhur şairi Küçük İsgəndərə xərçəng diaqnozu qoyulub. Şairi artıq xəstəxanaya yerləşdiriblər. Biz də onun iki şeirini yayımlayır və şairə tanrıdan şəfa diləyirik.

KÜÇÜK  İSKƏNDƏR

AĞRILI EŞQLƏR QALASI

bir səndə tənbih etdim
səadəti
heç nə xatirə deyil
əslində
ya çağlayan sular kimi
baxardın mənə
ya da donan sular kimi gülərdin
bütün gur sular
indi qorxudur məni
bir tək səndə tənbih etdim səadəti
heç nə xəyanət deyil 
əslində
gah qaralan hava kimi
toxunurdun  mənə
gah dalğın hava kimi sevişirdin
bütün gözəl havalar
indi ağladır məni

MESAJ

vadiyə
vəhşi vida
qızğın sularla enir
süngər qayalıqların
uğultusuna
tay tutur yağmurlu günəş
təlaşlı təmasların 
təmsili
vadidə
kəpirli dağ silsilələrinə 
doğru
xorla yaxınlaşır 
təbiət
tək gözlü cin kimi ayaqucumda

Çevirdi Azad Qaradərəli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?