Xəbər lenti

Dünya 10:00 18.09.2013

Hərbi maşın gülləbaran edildi: 3 hərbçi öldü

Misir Silahlı Qüvvələrinin 3 hərbçisi silahlı hücumların qurbanı olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, birinci hücum Şərkiyyə əyalətində törədilib. Dörd nəfər silahlı naməlum şəxs hərbi bazaya gedən ordu avtomobilini gülləbaran edib, nəticədə avtomobildə olan 1 zabit və 1 əsgər hadisə yerində həlak olub, daha 2 əsgər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Terrorçular hadisə yerindən uzaqlaşmağa müvəffəq olub.
 
Bundan başqa, Qahirənin Əş-Şuruk rayonunda daha bir hərbi maşın atəşə tutulub. Nəticədə 1 əsgər həlak olub, 1 polkovnik isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?