Xəbər lenti

Hökümət sevgililərə evlənmək üçün möhlət qoydu
Dünya 14:58 08.11.2017

Hökümət sevgililərə evlənmək üçün möhlət qoydu

Afrika ölkələrindən olan Burundidə hökümət qeyri-qanuni yaşayan cütlüklərə evlənmək üçün ilin sonuna qədər möhlət verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, nikahdan kənar münasibətləri qadağan edən qanun prezident Pierre Nkurunziza tərəfindən imzalanıb. Qeyri-qanuni yaşayanlara isə münasibətlərini rəsmiləşdirmək üçün ilin sonuna qədər vaxt verilib. 

Qərarın səbəbi cəmiyyətin əxlaqi dəyərlərinin yüksəldilməsi, qadın və uşaqların çətin vəziyyətə düşməsinin qarşısını almaqdır. 

Qeyd edək ki, ölkədə insanlar kilsə və ya qanuni nikah olmadan yaşayır və nikahdan kənar doğum sayı yüksəkdir. Bu fakt qadınların və uşaqların bəzi hüquqi tələblə çıxış etmələrinə mane olur.

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->