Dünya 10:33 22.05.2018

Husilər mülki əhalini vurdu: 5 ölü, 20 yaralı

Yəməndə davam edən vətəndaş müharibəsinin tərəflərindən olan Husilər mülki əhalini hədəf alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Marib əyalətində həyata keçirilən hücumda 5 mülki vətəndaş həlak olub, 20 nəfər isə yaralanıb. Bildirilir ki, əraziyə katyuşa raketi atılıb. 

Qeyd edək ki, Husilər İran tərəfindən dəstəklənir. Bu qruplaşma və hökümət qüvvələri arasında 2014-cü ildən bəri müharibə davam edir.

Gülşən