Xəbər lenti

Dünya 10:17 23.10.2019

İbrahim Qalından 10 maddəlik razılaşmayla bağlı açıqlama: “Davam edəcəyik”

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Rusiya ilə Suriyanın 10 bəndlik "Təhlükəsiz Zona” razılaşmasıyla bağlı Tvitter hesabından açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, iki ölkə arasında əldə olunan razılaşmanın terror dəhlizinə və separatçı siyasətə zərbə vurulduğunu qeyd edən Qalın "Suriyanın ərazi bütövlüyü gücləndi, qaçqınların geri dönüşü üçün əhəmiyyətli bir addım atıldı. Türkiyə sahədə və masada güclü olmağa davam edəcək”, - sözlərini yazıb.

AKP Qrup sədr müavini Bülənd Turan da Türkiyə ilə Rusiya arasında imzalanan 10 maddəlik "Təhlükəsiz zona” razılığıyla bağlı Tvitter hesabında paylaşma edib. Türkiyənin dayanıqlılığı və sahədəki iddiasının özüylə tarixi diplomatik uğurlar gətirdiyini ifadə edən Turan "Türkiyə, taleyini başqa dövlətlərin əlinə buraxmayacağını bir daha göstərdi. Terrora qarşı sərt və dik duruşumuz bütün dövlətlər üçün də tarixi bir dərsdir”, - deyə qeyd edib.

Xatırladaq ki, dünən Soçidə Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında keçirilən görüşmədə 10 maddəlik razılıq əldə olunub. 

Razılaşmaya əsasən, 150 saat ərzində kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər. Bu vaxtın hesablanması 23 oktyabr saat 12:00-dan başlayacaq. 150 saat vaxt bitəndən sonra "Barış pınarı” əməliyyatının keçirildiyi yerdən qərbdə və şimalda Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanılacaq. Ərdoğanın sözlərinə görə, Suriya ərazisində Türkiyə-Rusiya birgə patrul xidməti Türkiyə sərhədindən 10 kilometr dərinlikdə aparılacaq.

Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Barış pınarı" hərəkatının ərazisi mühafizə ediləcək.

Liderlərin görüşü 6 saat davam edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?