Xəbər lenti

Siyasət 18:57 25.06.2018

İlham Əliyev Cibutiyə məktub göndərdi

Prezident İlham Əliyev Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Cibuti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cibuti xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrikdə qeyd edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->