Xəbər lenti

Ölkə 17:20 28.08.2013

İlham Əliyev general rütbəsi verdi

Prezident İlham Əliyev Azər İbrahimova "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycanda Dövlət Sərhəd Xidmətinin qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azər Oqtay oğlu İbrahimova Azərbaycan Respublikasının "Əməkdar Hüquqşünası" fəxri adı verilsin.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsinin rəisi polkovnik Elçin Zaur oğlu İbrahimova general-mayor hərbi rütbəsi verilib.
Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?