Ekonomiks 10:33 24.06.2019

İmamoğlu lirənin mövqeyini möhkəmləndirdi

Ötən gün Türkiyənin İstanbul şəhərində keçirilən bələdiyyə seçkiləri türk lirəsinin mövqeyinin güclənməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, ötən gün 5,82 TL-yə bərabər olan dollar bu gün 5,77 TL-yə düşüb.

Mütəxəssislər seçkilərin TL və dollarla birlikdə Türkiyə-ABŞ münasibətlərinə də təsir göstərəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırıma qalib gələrək İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

Gülşən