Dünya 17:34 14.04.2018

İngilis televiziyası Suriyanın lehinə açıqlama verən generalla yayımı kəsdi (VİDEO)

İngiltərədə təqaüddə olan general Conatan Şov "Sky News"a açıqlamasında, "Əsəd rejimi nə üçün kimyəvi silahdan istifadə etsin" dediyi üçün aparıcı canlı əlaqəni bitirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2012-ci ildə təqaüdə çıxan general C. Şov "Sky News" telekanalında Sem Vaşinqtonun aparıcılıq etdiyi proqrama canlı qoşularaq Suriyanın kimyəvi silahdan istifadə etmə məsələsini şərh edib. O, Suriyanın qələbə qazandığı bir vaxtda kimyəvi silahdan istifadə etməsinin məntiqə sığmadığını ifadə edib:

"Mübahisədə gözdən qaçırılan Suriyanı hazırda və Şərqi Qutada kimyəvi silah istifadə etməyə məcbur edən şeyin nə olmasıdır. Tam da suriyalılar qələbə qazanarkən...", - deyə general bildirib.

Onun sözü yarıda kəsildikdən sonra aparıcı həyəcanlı bir şəkildə verilişə başqa bir qonaqla davam edib.