Xəbər lenti

İdman 12:54 09.07.2018

İngiltərə "DÇ-2030" üçün Azərbaycandan dəstək istədi

İngiltərə Futbol Assosiasiyası AFFA-ya müraciət edib.

Qaynarinfo xəbər verir ki, ingilislər 2030-cu ildə keçiriləcək dünya çempionatının təşkilatçılığı uğrunda mübarizədə Azərbaycandan dəstək istəyib. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İngiltərə Futbol Assosiasiyasının sədri Qrek Klark bu məqsədlə Azərbaycanda səfərdə olub. "Daily Mail"in məlumatına görə, onun müraciəti Azərbaycanda "yaxşı qarşılanıb". Klark Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyaya həmsərhəd olan digər ölkələrdə də olub.

Qeyd edək ki, İngiltərə "DÇ-2006" və "DÇ-2018" üçün namizədliyini irəli sürsə də, ev sahibliyi hüququna yiyələə bilməyib. Bu ölkədə indiyədək bir dəfə 1966-cı ildə dünya çempionatı təşkil edilib və İngiltərə ilk və sonuncu dəfə mundialın qalibi olub. "DÇ-2018"də yarımfinala çıxan ingilislər finala vəsiqə uğrunda Xorvatiya ilə qarşılaşacaq.

Onu da qeyd edək ki, "DÇ-2022" Qətərdə, "DÇ-2026" isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->