Dünya 17:15 12.07.2019

İngiltərə Hörmüz körfəzinə hərbi gəmi göndərir

İngiltərə Hörmüz körfəzinə növbəti hərbi gəmini göndərəcək.

Qaynarinfo xəbər verir ki, İngiltərə mediasında yer alan iddiaya görə, "HMS Duncan" gəmisi "HMS Montrose" gəmisinə kömək məqsədilə körfəzə yola salınacaq.

Qeyd edək ki, İngiltərə ötən günlərdə İrana məxsus neft tankerini ələ keçirib. Dünən İran katerlərinin İngiltərənin neft daşıyan gəmisini ələ keçirməyə çalışdığı iddia edilmiş, lakin rəsmi Tehran bu məlumatı təkzib etmişdi.

Gülşən