Xəbər lenti

Ekonomiks 09:26 19.04.2014

İnsan kimi robot hazırlandı - FOTOLAR


Robot insan jestləri ilə ünsiyyət saxlamaq bacarığına malikdir

“Honda” şirkəti “ASIMO” robotunun yeni versiyasını nümayiş etdirib. İndi robot yalnız hərəkət etmək, qaçmaq, pilləkənlə aşağı düşmək və qalxmaq deyil, həm də butulkanın ağzını aça, içki süzə və salamlaşma əlaməti kimi əl sıxa bilər.

Qaynar.info "ICTnews"-a istinadla xəbər verir ki, “ASIMO” robotunun yeni versiyası 16 aprel tarixində Manhetten mehmanxanasında keçirilmiş mətbuat konfransında nümayiş etdirilib. Robotun xarici görünüşü dəyişməyib. Astronavtı xatırladan 1.3 metrlik “ASIMO” robotunun çəkisi 50 kq-dır.

“ASIMO” robotunun birinci versiyası 2000-ci ildə təqdim edilib. O vaxtdan etibarən robot insana məxsus bir çox xüsusiyyətlərə sahiblənib. İndi robot bir ayaq üstündə tullana və saatda 9 km sürətlə qaça bilər. Robot artıq insan jestləri ilə ünsiyyət saxlamaq bacarığına malikdir.

Qeyd edək ki, asimo - yaponcadan "hərəkət edən ayaq" deməkdir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?