Video 18:05 16.01.2018

İnstitutda qalmaqal: camaata torba tikməklə məşğulsunuz (VİDEO)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova ilə institutun direktoru Həqiqət Qədirovanın mübahisəsi geniş müzakirəyə səbəb olub.

Qaynarinfo-nun Oxu.Az-a istinadən xəbərinə görə, video sosial şəbəkələrdə yayılıb.

"Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə "emdiardı”, "eksdiardı”. Bəlkə, bu sizin "zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, "rifamiçin”ə  qarşı həssasdır, digərində - davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, - Səbinə Məmmədova deyib.

Bu sözlərdən sonra o, zalı tərk edib.
Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olunub.