İranın İsfahan vilayətində bir nəfər əhalinin gözü qarşısında edam edilib.
APA-nın məlumatına görə, məhbus narkotik maddələrin daşınmasında günahlandırılaraq dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. 32 yaşlı məhbus üzərində 740 qram krak maddəsi ilə 2011-ci ildə tutulub və ölüm hökmünə məhkum edilib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 1-də səhər saatlarında Xomeynişəhr şəhərində mühacirlərin yaşadığı qəsəbədə icra edilib.
Bu arada sentyabrın 1-də narkotik maddələrin daşınmasında günahlandırılaraq edam cəzasına məhkum olunan şəxslərin ailə üzvləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar İran hökumətindən məhbusların əfv olunmasını istəyiblər.
Qaynar.info
Şərhlər