Texnologiya 12:45 17.07.2018

İranda "Instagram" əməliyyatı: 46 nəfər həbs olundu

İranda polis "Instagram" əməliyyatı həyata keçirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Bəndar Əbbas şəhərində təşkil edilən əməliyyatda 8-i qadın, 46 nəfər həbs edilib. Həmin şəxslər "Instagram"da uyğunsuz foto paylaşmaqda ittiham edilir. Həbs edilənlər arasında fotoqraflar, gözəllik salonu və şadlıq evlərinin işçiləri üstünlük təşkil edir.

Qeyd edək ki, ötən həftələrdə İran höküməti "Instagram"ın qadağan ediləcəyini açıqlamışdı.

Gülşən