Xəbər lenti

Ekonomiks 11:27 16.03.2013

İrandan Azərbaycana yeni təklif

Azərbaycanda fəaliyyət göstərən iranlı tacirlər və iş adamları İranın ölkəmizdəki səfiri Möhsin Pakayinlə görüşüb. 

Bu barədə Trend-ə İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

Ayətullahinin sözlərinə görə, görüşdə İran və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və bu sahədə mövcud problemlərin həlli yolları müzakirə edilib.

Səfirlik rəsmisi bildirib ki, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin iki ölkənin tacirləri və iş adamlarını mövcud potensiallardan yararlanaraq iqtisadi əlaqələri inkişaf etdirməyə çağırıb.

"Səfirlik Azərbaycanda iranlı tacirlərin fəaliyyətlərinin asanlaşdırılması və artırılması üçün çalışır. Azərbaycanda İran Tacirlər Birliyinin yaradılması üçün işlər görmək lazımdır", -deyə Səfir bildirib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?