Xəbər lenti

Ekonomiks 15:11 30.04.2024

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

"İşçi müqavilədə göstərilən müddətdən əlavə işləyibsə və həmin saatların əmək haqqını almayıbsa, məhkəməyə müraciət edə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Sahib Məmmədov deyib. Onun sözlərinə görə, belə hallarla qarşılaşan əməkdaşlar əvvəlcə mediasiyaya müraciət etməlidir:

"İş saatından çox işləyən əməkdaşın aylıq maaşı dərhal verilməlidir. Əmək müqaviləsi var, orada əlavə iş saatları da göstərilməlidir. Əmək müqaviləsi varsa və orada göstərilən vaxtdan artıq işlərə cəlb olunubsa, işçinin razılığı və işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir. Bundan sonra işçiyə ikiqat həcmdə ödəniş edilməlidr. Əgər bu ödəniş edilmirsə və işçinin artıq işlədiyini sübut edən sənədlər varsa, işəgötürəndən tələb edə bilər ki, maaşını artırsın. İşəgötürən onun tələbini yerinə yetirməsə əvvəl mediasiyaya müraciət etməlidir. Mediasiyada məsələ həllini tapmasa həmin şəxslər məhkəməyə müraciət edə bilər. Amma gərək onun əlində sübut olsun ki, doğrudan da əmək müqaviləsində göstərilən müddətdən artıq işləyib".
 


Sahib Məmmədov əmək müqaviləsi olmadan artıq iş saatlarına cəlb olunan işçilərin də hüquqlarının pozulmsına aydınlqı gətirib:

"Şikayət edə bilər ki, mən filan şirkətdə bu qədər işləmişəm, amma mənimlə əmək müqaviləsi bağlanılmayıb. Belə şəxslər əmək müfəttişliyinə şikayət etsinlər. O zaman işəgötürənlə bağlı araşdırma aparılacaq".

Qeyd edək ki, Bakıda şirkətlərin birinin əməkdaşı 2012- ci ildən qanunla təyin olunan illik iş saatlarindan 6000 saat artıq işlədiyini vurğulayıb. Amma həmin əməkdaş əlavə işə cəlb olunduğu saatların əmək haqqını ala bilmədiyini qeyd edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->