Xəbər lenti

İspaniya futbolunda inqilabi qərar
İdman 14:40 20.12.2023

İspaniya futbolunda inqilabi qərar

İspaniya futbolunda yeni ildən etibarən inqilabi qayda qüvvəyə minəcək.

Qaynarinfo-nun məlumatına görə, İspaniya Futbol Federasiyası (RFEF) yeni ildən etibarən La Liqada oynanılacaq matçlardan sonra VAR qeydlərinin dərc ediləcəyini açıqlayıb. Bu barədə Federasiya, La Liqada oyun idarə edən hakimlər və VAR arasında razılıq əldə olunub. Yeni qayda 2024-cü ildə həm İspaniya Superkubokda, həm də La Liqada 20-ci turdan, yəni yanvarın 10-dan etibarən tətbiq olunmağa başlayacaq.

RFEF və La Liqanın birlikdə qəbul etdiyi inqilabi qərardan sonra mövzu ilə bağlı verilən açıqlamada, "Bu təşəbbüs peşəkar futbol üzrə yarışlarda hakimlikdə daha çox şəffaflığın təmin edilməsi üçün RFEF və  La Liqanın birgə əməkdaşlığından irəli gəlib. Bu çərçivədə həm görüntülər, həm də hakim və VAR otağı arasındakı söhbətlər matçların tamamlandığı gün (şənbə, bazar və bazar ertəsi) bir dəfə yayımlanacaq. Bu yolla hakimin qərarlarının daha yaxşı başa düşülməsinə və yarışların daha şəffaf keçirilməsinə kömək edəcək" - ifadələri yer alıb.

İyul ayında İtaliya A Seriyasında da VAR qeydlərinin növbəti mövsümdən etibarən açıqlanacağı bildirilmişdi. VAR qeydlərini açıqlamaq üçün italyanlar DAZN ilə razılığa gəliblər. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->