Xəbər lenti

Video 12:08 01.11.2018

İşsizlər üçün şad xəbər (VİDEO)

"Əgər ötən illərdə Azərbayaycanda işsizliyin azaldılması əsas hədəf kimi götürülmüşdüsə, bundan sonra əsas hədəf keyfiyyətli kadrların hazırlanmasından ibarət olacaq".

Qaynarinfo xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və Demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva bildirib.

Onun sözlərinə görə, ''2019-2030-cu illər üçün Məşğulluq Strategiyası"na əsasən həm təşkil edilən kursların, həm də Təhsil Nazirliyinin balansında olan peşə təhsili müəssisələrinin daha səmərəli fəaliyyətinə çalışılacaq. Bununla yanaşı keyfiyyətli kadrların hazırlanmasına nail olunacaq.

Rəna Abdullayevanın sözlərinə görə, hazırda iqtisadiyyat sürətlə inkişaf etdiyindən yeni peşələr yaranır. Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyi də bu proqnozları əvvəlcədən verəcək və gələcəkdə ehtiyac olacaq kadrların hazırlanmasına daha tez başlanılacaq.

Bundan başqa, həm işçilərin elektron bazası, həm də vahid vakansiya bazası da yaradılacaq ki, burada məhz rəqabət mühitində sahibkarlar özlərinə işçi tapa biləcək. Beləliklə, işçilər özlərini inkişaf etdirməli olacaqlar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->