Kolumbiya Universiteti tərəfindən verilən və jurnalistikanın "Oskar"ı hesab edilən "Pulitzer" mükafatı öz sahiblərini tapıb.

Qaynarinfo xəbər verir ki, Pulitzer 2018 mükafatı məşhur prodüser Harvey Vaynsteynin qadınlara qarşı etdiyi cinsi zorakılıq əməllərini gündəmə gətirən "New Yorker" jurnalı və "New York Times" qəzetinə verilib.
 
"New York Times" və "Washington Post" qəzeti də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi ilə bağlı xəbərlərə görə mükafatlandırılıb. Musiqi üzrə "Pulitzer" mükafatının sahibi isə "DAMN" albomuna görə Kendrik Lamar olub. 

Mükafatın qaliblərinin siyahısını təqdim edirik:

İctimai xidmət üzrə: "New York Times" qəzeti və "New Yorker" jurnalı

Son dəqiqə xəbərləri: "Press Democrat"

Araşdırma jurnalistikası: "Washington Post"

İzahedici xəbər: "Arizona Republic" və "USA Today Network"

Yerli xəbər: "Cincinnati Enquirer"

Milli xəbərçilik: "New York Times" və "Washington Post"

Beynəlxalq xəbərçilik: Klar Boldvin, Endryu Marşal və Manuel Moqato

Xüsusi xəbər: Reyçl Kaadz Qansah

Şərh: Con Arçibold (Alabama Media Group)

Tənqid: Cerri Soltz (New York jurnalı)

Baş məqalə: Endi Dominik (Des Moines Register)

Karikatura: Ceyk Helpörn, Maykl Slon (New York Times)

Son dəqiqə fotosu: Ryan Kelly (Daily Progress)

Xüsusi fotoqrafiya: "Reuters" kollektivi

Gülşən