ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarının qurbanlarının sayı artır.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, yanğın qurbanlarının sayı artıq 44 nəfərə çatıb. "Paradise" qəsəbəsində başlayan fəlakət nəticəsində minlərlə ev külə dönüb. 8 noyabrdan başlayan yanğında 200-dən çox insandan xəbər yoxdur.
Əraziyə çox sayda yanğınsöndürən və xilasedicilər cəlb edilib.
Gülşən
Şərhlər