Dünya 11:24 13.04.2018

KİV: Bəşər Əsəd saraydan ayrılıb, Rusiya bazasına sığındı

ABŞ mediası Suriya prezidenti Bəşər Əsədlə bağlı yeni xəbər yayıb. 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Əsədin ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlaması ehtimalını nəzərə alaraq Şamdakı prezident sarayından ayrılaraq, Rusiyaya aid hərbi hava bazasına sığındığı iddia edilir. 

Qeyd edək ki, 2 gün əvvəl də Əsədin İrana qaçdığı iddia olunmuşdu. Lakin o, Suriyanın paytaxtı Şamda ortaya çıxmışdı. 

Əsədin pəncərələri belə olmayan sığınacaqda tək qaldığı söylənilir. Bundan başqa, ABŞ mediasında ölkənin 7 hərbi təyyarəsinin Şərqi Aralıq dənizi hövzəsində, Rusiyanın Hmeymim hava bazası və Tartus dəniz donanması yaxınlarında kəşfiyyat xarakterli uçuşlar etdiyi də söylənir.  

Nərmin Həsənli